
Aprelin 23-də Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə Müşfiqabad qəsəbəsində “Beynəlxalq Yer Günü”nə həsr olunmuş ağacəkmə aksiyası təşkil edilib.
Qərbi Azərbaycan İcması Gənclər Şurasının sədri, Milli Məclisin Gənclər və İdman Komitəsinin sədri Şahin İsmayılov bildirib ki, belə tədbirlərin təşkili gənclərin ekoloji məsuliyyətinin artırılması baxımından mühüm əhəmiyyət daşıyır. Aksiyada, Rayon icmalarının üzvləri və gənclərin iştirakı ilə ümumilikdə 100 ağac əkilib.
Qeyd edək ki, Beynəlxalq Yer Günü hər il aprelin 22-də BMT-nin Baş Assambleyasının qəbul etdiyi qətnaməyə əsasən qeyd olunur. Bu günün əsas məqsədi ətraf mühitin qorunmasına ictimai diqqəti cəlb etmək və ekoloji maarifləndirməni təşviq etməkdir. Beynəlxalq Yer Günü, dünyanın hər yerində insanların təbiətə və planetə qarşı məsuliyyətlərini bir daha nəzərdən keçirmələri üçün mühüm bir fürsət yaradır.