![](https://westaz.org/storage/postImage/saytucun_14-02-2025_16-18-10.jpg)
Müsabiqənin təşkilatçısı: Qərbi Azərbaycan İcmasının Qadınlar Şurası
Müsabiqənin ideya müəllifi: Qadınlar Şurasının sədri, Milli Məclisin deputatı Məlahət İbrahimqızı
Müsabiqənin tərəfdaşları:
- AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu;
- Azərbaycan Yazıçılar Birliyi.
Müsabiqənin media dəstəyi:
- Qərbi Azərbaycan TV
- “Ədəbiyyat” qəzeti;
- “Modernaz” İnformasiya Agentliyi.
Müsabiqənin şərtləri:
- Hekayələrin motiv və süjetləri Qərbi Azərbaycanda soydaşlarımıza qarşı erməni vandalları tərəfindən törədilən vəhşiliklər, cinayətlər, deportasiya və etnik təmizləmələr və onların yaddaşlarında qalan vətən və yurd xatirələri, erməni millətçilərinə qarşı mübarizədə göstərdikləri qəhrəmanlıqlar əks etdirilməlidir. Qərbi Azərbaycanda doğulmuş, orada yaşamış və daimi təmasları olmuş şahidlər və tarixi personajların həyat hekayələri də hekayələrin süjeti ola bilər. Müsabiqədə yaradıcı insanlarla bərabər Qərbi Azərbaycandan olan və orda yaşamış yaşlı və orta nəslin nümayəndələri də öz xatirələrini təqdim edə bilər.
- Hekayələrin Qərbi Azərbaycan İcmasına təqdim olunmasının son tarixi: 15 avqust 2025-ci il.
- Müsabiqə iştirak etmək üçün yaş həddi: 18 yaşdan yuxarı yazarlar müsabiqədə iştirak edə bilərlər
- Təqdim edilən hekayə indiyədək heç bir mətbuat orqanında çap olunmamış olmalıdır.
- Hekayələr aşağıdakı meyarlara cavab verməlidir:
- Azərbaycan dilində və "Word" formatında olmalıdır;
- A4 formatında, Arial 12 şriftində olmalıdır;
- Boş sahə – hər tərəfdən 2 sm olmalıdır;
- Sətirarası interval – 1,15 sm olmalıdır;
- Abzas – 1,25 sm olmalıdır;
- Hekayə müəllifinin məlumatları faylın sonunda ardıcıl şəkildə qeyd olunmalıdır:
- Soyadı, adı, ata adı;
- Təvəllüdü;
- Əlaqə nömrəsi və e-mail ünvanı,
- Hekayələr “Bir Elin Manifesti” başlığı altında hekaye@westaz.org ünvanına e-poçt vasitəsilə göndərilməlidir.
Müsabiqənin icra olunma müddətində təqdim edilmiş hekayələr münsiflər heyəti tərəfindən seçildikdən sonra 2025-ci ilin sonunadək “Ədəbiyyat qəzeti” və “Modern.az” saytında dərc olunacaq.
Müsabiqənin qalibi olmuş hekayələr müsabiqə bitdikdən sonra ingilis dilinə tərcümə ediləcək və gələcəkdə kitab kimi nəşr olunacaq.
Müsabiqəyə təqdim olunan əsərlər 15 avqust 2025-ci il tarixindən sonra tanınmış ekspertlərdən ibarət münsiflər heyəti tərəfindən yoxlanılacaq, nəticələr təşkilatçılara təqdim ediləcək. Yekun nəticələr ictimaiyyətə 2025-ci il 23-24 dekabr tarixində açıqlanacaq.
Müsabiqənin mükafatları: Müsabiqə nəticəsində 10 hekayənin müəllifi müsabiqənin qalibi elan olunacaq və pul ilə mükafatlandırılacaq.
- Birinci yer, 1 nəfərə veriləcək - 2000 AZN
- İkinci yer, 2 nəfərə veriləcək, hər müəllifə - 1500 AZN
- Üçüncü yer, 3 nəfərə veriləcək, hər müəllifə - 1000 AZN
- Həvəsləndirici mükafat, 4 nəfərə veriləcək, hər müəllifə - 500 AZN
“Bir Elin Manifesti”
Qərbi Azərbaycan mövzusunda I Ümumrespublika hekayə
müsabiqəsinin münsiflər heyətinin tərkibi
“Bir Elin Manifesti” I Ümumrespublika hekayə müsabiqəsinin münsiflər heyətinin tərkibi
1. Əziz Ələkbərli – Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı
2. Məlahət İbrahimqızı - Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının sədri, Milli Məclisin deputatı - (layihənin müəllifi)
3. Anar Rzayev - Yazıçılar Birliyinin sədri, Xalq şairi, (Yazıçılar Birliyi - əsas tərəfdaş təşkilat)
4. İsa Həbibbəyli - AMEA-nın prezidenti akademik, (AMEA - əsas tərəfdaş təşkilat)
5. Mahirə Hüseynova - Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin üzvü, APU-nun prorektoru, professor, şairə
6. Nizami Cəfərov - Akademik, Qərbi Azərbaycan İcmasının Ziyalılar Şurasının sədr müavini, Atatürk Mərkəzinin direktoru.
7. Elnara Akimova - N.Gəncəvi adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, tənqidçi, Milli Məclisin deputatı
8. Musa Urud - Yazıçılar Birliyinin üzvü, Milli Məclisin deputatı
9. Hikmət Babaoğlu - Qərbi Azərbaycan İcmasının İdarə Heyəti Sədrinin müavini, Milli Məclisin deputatı
10. Tənzilə Rüstəmxanlı - Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının üzvü, Azərbaycan Türkiyə Evi və Azərbaycan Türk Qadınlar Birliyinin sədri, Milli Məclisin deputatı
11. Səbinə Salmanova - Azərbaycan Respublikası Milli Məclisinin Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs qrupunun üzvü, millət vəkili
12. Azər Turan - Yazıçılar Birliyinin üzvü
13. Telli Pənahqızı - Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının sədr müavini
14. Sona Abbasəliqızı - Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü, Avrasiya Sənət, Kültür və Ədəbiyyat Federasiyasının Qafqaz və Orta Asiya üzrə təmsilçisi
15. Elşad Eyvazlı – “Modern.az” İnformasiya Agentliyinin sədri, tərəfdaş media