Bəyanatlar

“Bu, Fransa cəmiyyətinin sağalmaz Azərbaycanofobiya, islamofobiya və irqçilik mərəzinə tutulduğunu nümayiş etdirir”
02 oktyabr 2023, 12:42

Qərbi Azərbaycan İcması hesab edir ki, fransız deputatların Fransa-Azərbaycan dostluq qrupunu tərk etmək barədə açıqlamaları bir daha Fransa cəmiyyətinin sağalmaz Azərbaycanofobiya, islamofobiya və irqçilik mərəzinə tutulduğunu nümayiş etdirir.

Qondarma qurumun özünü buraxması qərarından mütəəssir olan deputatların bəyanatları həm də onların beynəlxalq hüquqa həqarətli münasibətini və riyakarlığını göstərir.