2023-cü il dekabrın 5-də Qərbi Azərbaycan İcması tərəfindən “Ermənistandan didərgin salınmış azərbaycanlıların təhlükəsiz şəkildə və ləyaqətlə geri qayıdışını təmin etmək: Qlobal kontekst və ədalətli həll” mövzusunda Bakı şəhərində təşkil edilən Beynəlxalq Konfrans çərçivəsində tədbirə gələn qonaqlarla İcma üzvlıri arasında ikitərəfli görüşlər keçirilir.
Qərbi Azərbaycan İcmasının Gənclər Birliyinin sədr müavini, Milli Məclisin deputatı Kamal Cəfərov bu çərçivədə Albaniyanın Tirana Jurnalistika Mükəmməllik Mərkəzinin icraçı direktoru Krisafi Ledion ilə görüşüb. Kamal Cəfərov bildirib ki, indiki Ermənistan ərazisindın 300 minə yaxın Qərbi Azərbaycanlının çıxarılması və onların hələ də geri qayıda bilməməsi beynəlxalq norma və prinsiplərlə daban dabana ziddir. Sədr müavini vurğulayıb ki, geri qayıdış öz ata-baba yurdundan çıxarılan azərbaycanlıların təməl hüququdur. Öz növbəsində Krisafi Ledion dünya ictimaiyyətinin bu ədalətsizliyə göz yummamalı olduğunu, beynəlxalq təşkilat və qurumlarda bu istiqamətdə müzakirələrin mümkün qədər çox aparılmasına dünya birliyi tərəfindən şəraitin yaradılmasının mühüm olduğunu vurğuladı.