
5-6 dekabr 2024-cü ildə Bakıda keçirilən Qərbi Azərbaycan İcmasının “Qayıdış hüququ; Ermənistandan zorla çıxarılmış azərbaycanlılar üçün ədalətin təmin edilməsi” mövzusunda ikinci beynəlxalq konfransı çərçivəsində Qərbi Azərbaycan İcmasının üzvü, Milli Məclisin deputatı Rizvan Nəbiyev ilə Direktor, Economy First Limited Londonun jurnalisti Klaus - Peter Ralf Yurgens arasında ikitərəfli görüş keçirilib.
Rizvan Nəbiyev bildirib ki, ötən əsr boyunca dörd dəfə Qərbi azərbaycanlıları öz ata- baba yurdundan deportasiya edən Ermənistanın cəzasız qalması Azərbaycana qarşı ərazi iddialarına, 30 illik işğala yol açıb. Azərbaycanın öz torpaqlarını işğaldan azad edərək ədaləti bərpa etməsi ilə regionda sülh üçün şərait yarandı və bu gün soydaşlarımız öz evlərinə sülh yolu ilə, təhlükəsiz şəkildə və ləyaqətlə qayıtmağa çox ümidlidirlər.