Qərbi Azərbaycan İcmasında “Ədəbi İrəvan” almanaxının redaksiya heyəti üzvlərinin kiçik tərkibdə işçi görüşü keçirildi.
Görüşdə Qərbi Azərbaycan İcmasının Aparat rəhbəri Qalib Qasımov görüş iştirakçılarını salamlayaraq, “Ədəbi İrəvan” almanaxının redaksiya heyətini təqdim etdi. Almanaxın tarixi əhəmiyyəti, fəaliyyət istiqamətləri və yaradılması, təklif olunan struktur bölmələri barədə məlumat verdi. Bildirdi ki, Qərbi Azərbaycan İcması Ziyalılar Şurasının sədr müavini, Milli Məclisin deputatı, filologiya elmləri doktoru, professor, əməkdar elm xadimi, AMEA-nın həqiqi üzvü Nizami Cəfərov redaksiya heyətinin rəhbəri seçilmişdir.
Sonra söz alan “Ədəbi İrəvan” almanaxının Redaksiya Heyətinin sədri Nizami Cəfərov göstərilən etimada görə təşəkkürünü bildirdi. Almanaxın yenidən hazırlanmasının tarixi zərurətindən bəhs etdi. Görüş iştirakçıları "Ədəbi İrəvan" almanaxının yenidən nəşr olunmasının əhəmiyyətini vurğuladılar.
Görüşdə struktur bölmələrə cavabdeh şəxslər müəyyən olundu.