Qərbi Azərbaycan İcması tərəfindən Bakıda “Ermənistandan didərgin salınmış azərbaycanlıların təhlükəsiz şəkildə və ləyaqətlə geri qayıdışını təmin etmək: Qlobal kontekst və ədalətli həll” mövzusunda keçirilən beynəlxalq konfrans çərçivəsində İcma sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli “Əlcəzair-2” Universitetinin professoru Şakib Benhafri ilə görüşüb. İcma sədri bildirib ki, Qərbi Azərbaycanlıların öz evlərindən zorla qovulması nəticəsində Ermənistan monoetnik dövlətə çevrilib. O qeyd edib ki, soydaşlarımızın tərk etdiyi yaşayış məntəqələrinin əksəriyyəti bu gün də boş və viranədir, mədəni irsimiz dağıdılıb, məzarlıqlarımız yerlə yeksan edilib. Əlcəzairli qonaq baş verən hadisələrin insanlıq tarixində utancverici səhifə olduğunu ifadə edib.