
Əqli Mülkiyyət Agentliyinin çoxşaxəli fəaliyyətində erməni saxtakarlıqlarının ifşası mühüm yer tutur. Agentliyin bu istiqamətdə gördüyü işlərin böyük əhəmiyyəti var. Bu baxımdan Qərbi Azərbaycan İcması ilə Əqli Mülkiyyət Agentliyinin fəaliyyət maraqları üst-üstə düşür.
Bu fikirləri Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli “Qədim mətnlər və klassik mənbələr erməniçilik saxtakarlıqlarını və uydurmalarını ifşa edir və ya Azərbaycan əraziləri haqqında etno-coğrafi hay-erməni hiylə və fitnələri” mövzusunda konfransa dair keçirilən brifinqdə söyləyib.
“Bu konfrans Qərbi Azərbaycan İcmasının Əqli Mülkiyyət Agentliyi ilə keçirdiyi ikinci tədbirdir. Bu tədbirlər erməni saxtakarlıqlarının dünyada ifşa edilməsində mühüm rol oynayacaq”, - deyə İcmanın rəhbəri qeyd edib.