Ermənistan hökümətindən tələb ilə əlaqədar bəyanat
22 dekabr 2023, 18:15
Özünü “dağlıq qarabağ respublikası” adlandırmış və tarixin zibil qutusuna atılmış qanunsuz rejimin Ermənistanda olan tör-töküntülərinin qondarma qurumu “dirçəltməyə”çalışmaları haqqında məlumat yayılmışdır.
Qərbi Azərbaycan İcması Ermənistan hökumətindən öz ərazisində Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü təhdid edən aqressiv separatçı ünsürlərin fəaliyyətinə imkan verməməyi və Ermənistandan qovulmuş azərbaycanlıların sülh yolu ilə, təhlükəsiz şəkildə və ləyaqətlə öz evlərinə qayıdışına şərait yaratmağı tələb edir.