Estoniyanın Azərbaycanın daxili işlərinə müdaxilə etmək üçün heç bir mənəvi hüququ yoxdur
20 sentyabr 2023, 10:26
Qərbi Azərbaycan İcması Estoniya Xarici İşlər Nazirliyinin bəyanatı ilə əlaqədar bildirir ki, Estoniyanın Azərbaycanın daxili işlərinə müdaxilə etmək üçün heç bir mənəvi hüququ yoxdur. Estoniya öz ərazisində sıxışdırdığı etnik azlığın hüquqlarını qorumalı, onları qanunsuz olaraq vətəndaşlıqdan məhrum etməməli və inteqrasiya məqsədilə həmin icma ilə dialoq aparmalıdır.