Xəbərlər

Əziz Ələkbərli: Qərbi Azərbaycan qaçqınlarının öz torpaqlarına qayıdacağına əminik
26 fevral 2026, 15:19

Qərbi Azərbaycan qaçqınları öz ata-baba torpaqlarına qayıdacaq.

"Report" xəbər verir ki, bunu Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli "Ana harayı" abidəsini ziyarət edərkən jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, əsas hədəf soydaşlarımızın ata-baba yurdlarına qayıtmağıdır:

"Bu, bizim soydaşlarımızın tarixi haqqıdır. Bu gün artıq işğaldan azad olmuş suveren ərəzlərimizdə quruculuq işləri gedir. Xocalı bu gün abadlaşır. Qarabağda ermənilərin yerlə-yeksan etdiyi kəndlərimiz abadlaşır və məcburi köçkünlərimiz 30 illik həsrətdən sonra öz doğma torpaqlarına qayıdırlar. Qərbi Azərbaycanda bizim ata-baba mülklərimiz, torpaqlarımız var və Qərbi Azərbaycan qaçqınları da öz ata-baba torpaqlarına qayıdacaq. Biz buna əminik".

https://report.az/daxili-siyaset/eziz-elekberli-qerbi-azerbaycan-qacqinlarinin-oz-torpaqlarina-qayidacagina-eminik?