
Vətən müharibəsindən sonra Qərbi Azərbaycana böyük qayıdış məsələsi bizim strateji hədəfimizdir. Qərbi Azərbaycanda yaşayan soydaşlarımız ata-baba yurdlarından zorla çıxarılıblar. Biz 44 günlük müharibə nəticəsində torpaqlarımızı işğaldan azad etdik. Bu gün üçün isə hədəfimiz Qərbi Azərbaycana qayıdışdır.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Qərbi Azərbaycan İcmasının sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli ADA Universitetində keçirilən "Qərbi Azərbaycan mövzusu 100 ildə" adlı dəyirmi masada deyib.
Ə.Ələkbərli bildirib ki, Qərbi Azərbaycandan zorla qovulan insanların öz doğma torpaqlarına qayıtmaları onların beynəlxalq hüquqa söykənən təməl haqqıdır. “Biz qayıdış ideyasını gənclərə aşılayırıq. Bu ideyanın gələcəyi gənclərimizin bu məsələdən agah olmalarına və prosesə necə qoşulmalarına bağlıdır”.