
Bakı Dövlət Universiteti (BDU) və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə "Hər qarışı Vətəndir" adlı məqalə müsabiqəsi elan edilir.
Müsabiqənin məqsədi Azərbaycan tarixində və ictimai-siyasi həyatında baş vermiş mühüm hadisələrin, xüsusilə də Qərbi Azərbaycan həqiqətlərinin gənclər arasında təbliğini gücləndirmək, onların milli yaddaşın formalaşdırılmasına töhfə vermələrini təşviq etməkdir.
Qaliblər xüsusi komissiya tərəfindən hüquqi əsaslar, texniki tələblər və dilçilik normaları nəzərə alınmaqla müəyyən olunacaq və mükafatlandırılacaq. Qalib yazılar vahid material şəklində çap olunacaq.
Müsabiqənin tələbləri aşağıdakı kimidir:
1. Məqalələr “Word Document (.docx)” faylı şəklində göndərilməli, yazı müəllifinin adı, soyadı, universiteti, fakültəsi, elmi dərəcəsi, ixtisası, kurs və qrupu qeyd olunmalıdır;
2. Məqalə “Times New Roman” şrifti ilə, 14 şrift ölçülü, 1.5 sətir aralığında yazılmalıdır;
3. Məqalənin həcmi 5-8 səhifə aralığında olmalıdır;
4. Daha öncə çap olunmuş və ya plagiat məqalələr müsabiqəyə qəbul edilmir;
5. Məqalənin xülasəsi və istifadə olunan ədəbiyyat siyahısı göstərilməlidir;
6. Seçilən mövzuya uyğun olaraq məqalə Azərbaycan tarixi, mədəniyyəti, Qərbi Azərbaycan reallıqları kimi məsələləri əhatə etməlidir.
7. Yazı işləri meqalemusabiqesi@gmail.com elektron ünvanına göndərilməlidir.
Son müraciət tarixi: 1 iyun, saat 23:59