Bakıda Qərbi Azərbaycan İcması tərəfindən “Ermənistandan didərgin salınmış azərbaycanlıların təhlükəsiz şəkildə və ləyaqətlə geri qayıdışını təmin etmək: Qlobal kontekst və ədalətli həll” mövzusunda Bakı şəhərində təşkil edilən Beynəlxalq Konfrans çərçivəsində tədbirə gələn qonaqlarla İcma üzvləri arasında ikitərəfli görüşlər davam edir. Pakistanın Ortaq Gələcəyə malik icması naminə Araşdırma Mərkəzinin icraçı direktoru Xalid Taymur Əkrəmlə bir araya gələn Qərbi Azərbaycan İcmasının sədr müavini, Milli Məclisin deputatı Ramil Həsən pakistanlı qonağa soydaşlarımızın geri qayıdış hüququ istiqamətində aparılan işlərdən bəhs edib. Qeyd edib ki, 1987-91-ci illərdə öz evlərindən zorla çıxarılab Qərbi Azərbaycanlılar 35 ildir öz evlərinə qayıda, doğmalarının məzarını ziyarət edə bilmirlər. Xalid Teymur Əkrəm sözügedən halların təməl insan hüquqlarına zidd olduğunu deyərək bu kimi faktların beynılxalq hüququn norma və prinsiplərinə xələl gətirdiyini vurğulayıb.