İndoneziya Respublikasının vitse-prezidentinin xüsusi müşaviri Masykuri Abdillah ilə görüş olub

5-6 dekabr 2024-cü ildə Bakıda keçirilən Qərbi Azərbaycan İcmasının “Qayıdış hüququ; Ermənistandan zorla çıxarılmış azərbaycanlılar üçün ədalətin təmin edilməsi” mövzusunda ikinci beynəlxalq konfransı çərçivəsində Qərbi Azərbaycan İcmasının Müşahidə Şurasının sədri, professor Misir Mərdanov ilə İndoneziya Respublikasının vitse-prezidentinin xüsusi müşaviri Masykuri Abdillah arasında görüş keçirilib.
Görüş zamanı Misir Mərdanov qonağa Qərbi azərbaycanlılara məxsus 300 dən çox məscidin və 600-ə yaxın qəbiristanlığın Ermənistan ərazisində dağıdılması, maddi–mədəni irsimizə dəyən ziyan barədə ətraflı məlumat verib.