Beynəlxalq əməkdaşlıq

Madrid Muxtar Universitetinin İqtisadi Kəşfiyyat Məktəbinin Elmi Məsləhət Komitəsinin üzvü Karlos Uriarte Sançes ilə görüş olub
04 dekabr 2024, 18:04

5-6 dekabr 2024-cü ildə Bakıda keçiriləcək Qərbi Azərbaycan İcmasının “Qayıdış hüququ; Ermənistandan zorla çıxarılmış azərbaycanlılar üçün ədalətin təmin edilməsi” mövzusunda ikinci beynəlxalq konfransı çərçivəsində Qərbi Azərbaycan İcması İdarə Heyəti sədrinin müavini, Milli Məclisin deputatı Ramil Həsən ilə Madrid Muxtar Universitetinin İqtisadi Kəşfiyyat Məktəbinin Elmi Məsləhət Komitəsinin üzvü Karlos Uriarte Sançes arasında ikitərəfli görüş keçirilib.

Ramil Həsən qonağa bildirib ki, soydaşlarımızın ötən əsr boyunca dörd dəfə deportasiya edilməsi regionun da taleyinə ağır zərbə vurub. Qeyd edib ki, təkcə sonuncu 1987-91-ci ildə 300 minə yaxın azərbaycanlının deportasiya edilməsi və bu insanlıq əleyhinə cinayətləri həyata keçirənlərin cəzasız qalması bölgənin inkişafına mane olan amillərdən olub.

Öz növbəsində Karlos Sançez Qərbi Azərbaycanlıların geri qayıdışı ilə bağlı beynəlxalq hüquq prinsipinin həyata keçirilməsinin vacibliyini vurğulayıb.