Bəyanatlar

Niderland parlamentinin anti-Azərbaycan mövqeyi ilə əlaqədar bəyanat
29 may 2024, 18:35

Niderland Parlamentinin Nümayəndələr Palatası 23 may 2024-cü ildə anti-Azərbaycan məzmunda qətnamə qəbul etmişdir. “Xristian İttifaqı” partiyası və “Xristian Demokratik Çağırış” partiyasının təşəbbüsü ilə qəbul edilmiş bədnam qətnamədə Azərbaycanın guya etnik təmizləmə aparması, mədəni irsə zərər vurması kimi əsassız ittihamlar irəli sürülür.

Azərbaycanlıların Ermənistandan və vaxtilə işğal edilmiş Azərbaycan torpaqlarından qovulmasına, oradakı Azərbaycan mədəni irsinin kütləvi şəkildə dağıdılmasına göz yummuş Niderland parlamentinin indi nümayiş etdirdiyi mövqe mahiyyətcə böhtan xarakteri daşıyır. Niderland hökumət üzvünün sözügedən qətnamə üzrə müzakirələr zamanı nümayiş etdirdiyi mövqe də təəssüf doğurur.

Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması, o cümlədən sərhədlərin delimitasiyası istiqamətində atılan son addımlar müstəvisində regiondan kənar dövlətlərin bu cür ziyanlı müdaxilələri yolverilməzdir.

Qərbi Azərbaycan İcması Niderland parlamentindən və hökumətindən qərəzli və yersiz addımlarına son verməyi, Ermənistandan qovulmuş azərbaycanlıların qayıdışını və regionda sülhü dəstəkləməyi tələb edir.