5-6 dekabr 2024-cü ildə Bakıda keçirilən Qərbi Azərbaycan İcmasının “Qayıdış hüququ; Ermənistandan zorla çıxarılmış azərbaycanlılar üçün ədalətin təmin edilməsi” mövzusunda ikinci beynəlxalq konfransı çərçivəsində Qərbi Azərbaycan İcmasının Gənclər Şurasının sədr müavini, Milli Məclisin deputatı Kamal Cəfərov ilə Professor və Tədqiqatçı, Duesto Universiteti, Uruqvay Dövlət Universiteti Prof. Susana Manqana Porteiro arasında görüş keçirilib.
Kamal Cəfərov qonağa məlumat verib ki, Qərbi Azərbaycanllların geri qayıdış hüququ ilə bağl beynəlxalq miqyasda edilən müraciətlərimizə mötəbər təşkilatlar tərəfindən reaksiyalar gəlməkdədir. BMT İcmanın 8 sənədini – Qayıdış Konsepsiyası da daxil olmaqla öz rəsmi sənədi kimi yayıb, UNESCO və Aİ-dən İcmaya rəsmi şəxslər tərəfindən cavablar gəlib. Bildirilib ki, beynəlxalq ictimaiyyətin dəstəyinə bundan sonra da ehtiyac var.