25 fevral 2023-cü il tarixdə Qərbi Azərbaycan İcmasında Qarakilsə rayon icmasının tədbiri keçirilib.
Qərbi Azərbaycan İcmasının sədri, millət vəkili Əziz Ələkbərli iclası giriş sözü ilə açaraq tədbir iştirakçılarını salamladı, bildirdi ki, Qərbi Azərbaycan İcması 1989-cu ildən fəaliyyət göstərən Azərbaycan Qaçqınlar Cəmiyyətinin əsasında 2022-ci ilin 3 avqust tarixində Qərbi Azərbaycan İcması olaraq dövlət qeydiyyatına alınmışdır. İdarə Heyətinin sədri İcmanın təşkilati strukturu, fəaliyyəti və qarşıda duran vəzifələr haqqında geniş məlumat verdi. Qərbi Azərbaycana Qayıdış Konsepsiyası və bundan irəli gələn tədbirlər üzrə görüləcək həlli vacib işlərə toxundu. Eyni zamanda Azərbaycan Respublikası Prezidentinin İcmanın qarşısında qoyduğu vəzifələr və bu vəzifələrin icrasının məsuliyyətini vurğuladı. İcmanın fəaliyyəti, Qərbi Azərbaycana qayıdış məsələsi, beynəlxalq müstəvidə görüləcək və görülməli olan işlər haqda geniş məlumat verdi. Bildirdi ki, 1988-ci ildə və ondan əvvəlki dövrlərdə törədilən soyqırımı, etnik təmizləmə və deportasiya zamanı Qərbi Azərbaycandan olan müsəlman azərbaycanlı əhali olduqca böyük məşəqqətlərdən keçməyə məcbur olub, çoxsaylı insanlar qətlə yetirilib.
Sonra Qarakilsə icmasının nümayəndələrinə söz verildi onların fikir və təklifləri dinlənildi.
Sofulu kəndindən İdrak Qəhrəmanov çıxış edərək Qərbi Azərbaycan İcmasının yaradılmasının əhəmiyyətindən danışdı. Qeyd etdi ki, icmanın fəaliyyətinə hərtərəfli dəstək göstərilməlidir. Təklif irəli sürdü ki, Nadir İsmayılov Sofulu kəndi üzrə icma nümayəndəsi seçilsin.
Daha sonra İcma nümayəndələri Flora Xəlilzadə, Zakir Rəcəbov, Salman Əbdülov, Nəbi Nəbiyev, İmran İsgəndərov, Səidə Quliyeva, Asif İmanov, Yavər Quliyev, Talıb Zülfiyev, Adil Əkbərov, Elmir Quliyev, Adil Əkbərov və b. çıxışlarında İcmanın fəaliyyətinə dəstək olacaqlarını, Qərbi Azərbaycana qayıdış prosesində fəal rol alacaqlarını, gənc nəslin təlim-tərbiyəsində Qərbi Azərbaycan məsələsinin qabardılması məsələlərini qeyd etdilər
Bütün çıxışlarda Azərbaycan Respublikasının Prezidentinə, müzəffər Ali Baş Komandana Qərbi Azərbaycan İcmasına göstərdiyi yüksək səviyyəli dəstəyə görə təşəkkürlər bildirildi. Eyni zamanda ölkə başçısının apardığı siyasətə dəstək ifadə olundu.
Çıxışlardan sonra Qarakilsə rayonunun kənd icmalarına nümayəndələr təklif olundu və onların adları qeydə alındı.
Gələcəkdə də Qarakilsə İcmasının adından təşkilatlanma, idman tədbirlərinin keçirilməsi, gündəlikdə duran məsələlərin həlli istiqamətində irəli sürülmüş təkliflərin icrasına yönəlik addımların atılması qərara alındı.
İclasda Qərbi Azərbaycan İcmasının şöbə müdirləri Qalib Qasımov və Miraslan Bəkirli iştirak etmişlər.