Bəyanatlar

Qərbi Azərbaycan İcması Argentina prezidenti Alberto Fernandesin BMT Baş Assambleyasında anti-Azərbaycan açıqlamasını qətiyyətlə rədd edir
20 sentyabr 2023, 12:39

Qərbi Azərbaycan İcması Argentina prezidenti Alberto Fernandesin BMT Baş Assambleyasında anti-Azərbaycan açıqlamasını qətiyyətlə rədd edir.

Argentina prezidenti ölkəsinin ağır sosial-iqtisadi məsələlərini, yoxsulluq, korrupsiya kimi problemlərini həll etmək əvəzinə özünə aid olmayan məsələlərə, özü də diletantcasına münasibət bildirir. Hiss olunur ki, onun beynəlxalq münasibətlər, beynəlxalq hüquq, coğrafiya barədə bilikləri çox səthidir. “Azərbaycanı Dağlıq Qarabağı nəzarətə götürmək”də ittiham etmək Argentinanı Mendoza əyalətini nəzarətə götürməkdə ittiham etmək kimi bir şeydir.

Azərbaycanı “etnik, dini, irqi təqibdə”də ittiham edən Alberto Fernandesə Argentinada 19-ci əsrdə köklü tayfaların məhv edildiyini xatırladır və diqqəti bu məsələlərə yönəltməyə çağırırıq.