Xəbərlər

Qərbi Azərbaycan İcması Ziyalılar Şurası Atatürk Mərkəzində “Ulu Öndər Heydər Əliyev və Qərbi Azərbaycan” mövzusunda elmi seminar keçirib
08 may 2024, 16:55

Qərbi Azərbaycan İcması Ziyalılar Şurası Atatürk Mərkəzində “Ulu Öndər Heydər Əliyev və Qərbi Azərbaycan” mövzusunda elmi seminar keçirib.

Tədbiri Ziyalılar Şurasının sədri, professor Elxan Hüseynov açıb.

Akademik Nizami Cəfərov “Heydər Əliyevin Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizəsi”, professor Fərrux Rüstəmov “Heydər Əliyevin Qərbi Azərbaycanda milli təhsilin inkişafına tarixi töhfələri”, professor Avtandil Ağbaba “Heydər Əliyev və Qərbi Azərbaycandakı milli mənəvi irsimiz”, dosent Lütfiyar Nəsibov “Heydər Əliyev Qərbi Azərbaycanda azərbaycanlılara qarşı hazırlanan təxribatın qarşısını necə aldı?” mövzusunda məruzə ediblər.

Şura üzvlərindən fəlsəfə doktorları Cəbi Bəhramov, Əfqan Vəliyev və b. çıxış edərək Ulu Öndərin xatirəsini yad ediblər.