Görüşlər

Qərbi Azərbaycan İcmasında 22 iyul - Milli Mətbuat Günü münasibətilə jurnalistlərlə görüş keçirilib
22 iyul 2024, 23:06

Qərbi Azərbaycan İcmasında 22 iyul - Milli Mətbuat Günü münasibətilə jurnalistlərlə görüş keçirilib.

Görüşdə Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, VI çağırış Milli Məclisin deputatı Əziz Ələkbərli, İcmanın Qəyyumlar Şurasının sədri Mürvət Həsənli, Qərbi Azərbaycan İcmasının İctimaiyyətlə Əlaqələr və Qərbi Azərbaycan Televiziyası şöbəsinin müdiri Ülviyyə Zülfiqar iştirak edib.

Sədr Azərbaycan mətbuatının şərəfli yol keçdiyini vurğulayaraq Qərbi Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinin diqqətinə çatdırılmasında KİV-in rolundan bəhs edib:

"Bu gün Qərbi Azərbaycan həqiqətlərinin dünyaya çatıdırlması da tarixi bir missiyadır. Bu işdə intensiv fəaliyyət göstərən mətbuat işçilərinə təşəkkür edirəm." - deyə sədr qeyd edib.

Ə.Ələkbərli media nümayəndələrini Milli Mətbuat Günü münasibətilə bütün İcma üzvləri adından təbrik edib.

Sonda jurnalistlər Qərbi Azərbaycan həqiqətlərinin təbliği istiqamətində fəaliyyətlərinə görə təşəkkürnamə ilə təltif ediliblər, onlarla xatirə fotosu çəkilib.