2024-cü il aprelin 17-də Qərbi Azərbaycan İcmasında gənclərlə müzakirə masası keçirildi.
Müzakirə zamanın icmanın yaradılmasının məqsədləri, fəaliyyət istiqamətləri və prinsipləri barədə gənclərə məlumat verildi. İcmanın qarşısında duran vəzifələrin icrasına, o cümlədən Qərbi Azərbaycandan zorla çıxarılmış azərbaycanlı əhalinin sülh yolu ilə, təhlükəsiz və ləyaqətli şəkildə geri qayıdış hüquqlarının təmin edilməsi, bu ideya uğrunda öz potensialını ortaya qoymaq niyyətində olan gənclərin fəaliyyətlərinin koordinasiyası, icmanın fəaliyyətində müasir texnoloji imkanların tətbiqi məsələləri konkret təkliflər üzərindən müzakirə olundu.
İcmanın Aparat rəhbəri Qalib Qasımov, hüquqşünas Seymur Yusifli, Gənclər Şurasının üzvləri Fariz Cəfərov, Müjdat Həsənov, Orxan Quliyev, Ramin Həbibzadə, Abbas Pənahov, Şahin Əliyev, Esmira Vəlicanova, Fəridə Qurbanova və başqaları çıxış edərək gənclər tərəfindən irəli sürülmüş təkliflər barədə fikirlərini bölüşdülər.