Xəbərlər

Qərbi Azərbaycan İcmasında İcmanın Ağsaqqallar Şurasının ümumi yığıncağı keçirilib
18 aprel 2024, 10:14

18 aprel 2024-cü il tarixində Qərbi Azərbaycan İcmasında İcmanın Ağsaqqallar Şurasının ümumi yığıncağı keçirilib.

Tədbiri giriş sözü ilə açan Ağsaqqallar Şurasını sədri, Milli Məclisin deputatı və Milli Məclisin Səhiyyə komitəsinin sədri, professor, Əməkdar elm xadimi Əhliman Əmiraslanov Ağsaqqallar Şurasının göstərdiyi fəallığa görə hər kəsə təşəkkürünü bildirib.

O, qeyd edib ki, sıralarında respublikamızın müdrik ağsaqqallarını, o cümlədən dəyərli ziyalılarımızı, elm, mədəniyyət və incəsənət, ictimai-siyasi xadimləri birləşdirən Şura Qərbi Azərbaycanla bağlı ictimai-siyasi hadisələrə diqqətlə yanaşır, bu proseslərdə fəal iştirak edir.

Daha sonra tədbirdə iştirak edən şura üzvlərinə İcmanın Ağsaqqallar Şurasının üzvlük vəsiqələri və döş nişanları təqdim edilib.