Qərbi Azərbaycan İcmasında İcmanın İdarə Heyətinin sədr müavini Hikmət Babaoğlu və İcmanın Aparat rəhbəri Qalib Qasımov bir qrup Qərbi Azərbaycanlı fəal ilə görüşüb

Qərbi Azərbaycan İcmasında İcmanın İdarə Heyətinin sədr müavini Hikmət Babaoğlu və İcmanın Aparat rəhbəri Qalib Qasımov bir qrup Qərbi Azərbaycanlı fəal ilə görüşüb. 30 iyul 2024-cü il tarixdə keçirilən görüş zamanı tədbir iştirakçılarını salamlayan çıxışçılar onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıblar. Daha sonra görüş iştirakçılarına Qərbi Azərbaycan həqiqətlərinin təbliği istiqamətində göstərdiyi səmərəli fəaliyyətlərinə görə təşəkkürnamə təqdim edilib.