Xəbərlər

Qərbi Azərbaycan İcmasında İcmanın tərkibində yaradılan Elm komissiyasının növbəti iclası keçirilib
13 yanvar 2025, 10:56

Yanvarın 10-da Qərbi Azərbaycan İcmasında İcmanın tərkibində yaradılan Elm komissiyasının növbəti iclası keçirilib.

Tədbiri giriş sözü ilə Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli açaraq tarixi və milli mədəni irsimizin tədqiqi və təbliği, xüsusən Qərbi Azərbaycan həqiqətlərinin həm daxili, həm də xarici auditoriyaya çatdırılmasının önəmindən danışıb, bu istiqamətdə İcmanın gördüyü işlərə diqqəti çəkib.

Sədr həmçinin İcmanın Elm komissiyasının araşdırdığı mövzuların əhəmiyyətindən də bəhs edib.

Müzakirələrdə İcma sədrinin müavini, Elm komissiyasının sədri, Milli Məclisin deputatı, professor Hikmət Babaoğlu, Qərbi Azərbaycan İcması İdarə Heyətinin üzvü, kimya elmləri üzrə fəlsəfə doktoru, Nazir Əhmədli, yazıçı-publisist Miraslan Bəkirli, professor Həsən Bayramoğlu, AMEA-nın Tarix İnstitutunun Qərbi Azərbaycan tarixi şöbəsinin müdiri Cəbi Bəhramov, İcmanın İdarə Heyətinin üzvü, tarix üzrə fəlsəfə doktoru Nazim Mustafa, İcmanın İdarə Heyətinin üzvü, filologiya elmləri doktoru, profesor İbrahim Bayramov, dosent Cəlal Allahverdiyev, tədqiqatçı Mirzə Ənsərli, İcmanın aparat rəhbəri Qalib Qasımov çıxış edərək Qərbi Azərbaycanın tarixi və mədəni irsinin araşdırılması, təbliği və gələcək nəsillərə çatdırılması ilə bağlı yeni tədqiqatların aparılmasının vacibliyini vurğulayıblar.

Tədbirdə Komissiyanın fəaliyyətinin səmərəliliyini təmin etmək məqsədilə bir sıra qərarlar qəbul edilib.