Xəbərlər

Qərbi Azərbaycan İcmasında İcmanın Ziyalılar Şurasının ümumi yığıncağı keçirilib
17 aprel 2024, 09:47

17 aprel 2024-cü il tarixində Qərbi Azərbaycan İcmasında İcmanın Ziyalılar Şurasının ümumi yığıncağı keçirilib.

Tədbirdə çıxış edən Qərbi Azərbaycan İcmasın İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli Qərbi Azərbaycan İcmasının ümumi işində Ziyalılar Şurasının fəal rol oynadığını bildirərək Şuranın bundan sonrakı fəaliyyətinə də uğurlar diləyib.

Sonra Ziyalılar Şurasının sədri, professor Elxan Hüseynov tədbirdə iştirak edən şura üzvlərinə İcmanın Ziyalılar Şurasının üzvlük vəsiqələri və döş nişanlarını təqdim edib.