Bəyanatlar

Qərbi Azərbaycan İcmasının Bəyanatı
27 yanvar 2023, 21:24

Qərbi Azərbaycan İcması Azərbaycan Respublikasının İran İslam respublikasındakı səfirliyinə bu gün edilmiş silahlı hücumu şiddətlə qınayır.

Silahlı hücum nəticəsində şəhid olmuş Azərbaycan Respublikasının hərbi qulluqçusu, əslən Qərbi Azərbaycanın Göyçə mahalının Nərimanlı kəndindən olan baş leytenant Orxan Əsgərovun ailəsinə, yaxınlarına və xidmət yoldaşlarına dərin hüznlə baş sağlığı verir və yaralananlara şəfa diləyirik.

Elçilərin toxunulmazlığına dair islam ehkamlarına və beynəlxalq normalarına hörmətsizliyin və xarici dövlətlərin səfirliklərinə xain hücumların İranda ənənəyə çevrilməsi təəssüf doğurur.

İcma tutduğu vəzifəsindən asılı olmayaraq, bu hücumu sifariş edənlər, təşkil edənlər və icra edənlərin dərhal həbs edilməsini və tərəfsiz ədalət məhkəməsinə təslim edilməsini tələb edir.