Qərbi Azərbaycan İcması Almaniya Federativ Respublikasının Xarici İşlər Naziri Annalena Berbokun qərəzli açıqlamasnı qətiyyətlə rədd edir.
Almaniya Xarici İşlər Naziri bu gün törədilmiş mina terrorunu pisləməli, Ermənistan silahlı qüvvələrinin qalıqlarının Azərbaycanın suveren ərazilərindən çıxarılmasına, qanunsuz erməni silahlı dəstələrinin tərksilah olunmasına, oyuncaq xunta rejiminin ləğv edilməsinə çağırmalı idi.
Bundan əlavə, xatırladırıq ki, Almaniya Ermənistandan azərbaycanlıların total etnik təmizləməyə məruz qalmasına və Ermənistan hökumətinin onların geri qayıtmasına imkan verməməsinə hələ də münasibət bildirməyib.
Nazir Berbokun məsələlərə dini və etnik təəssübkeşlik prizmasından baxması yanlışdır, davamlı sülhün və insan hüquqlarına hörmətin bərqərar edilməsinə əngəl törədir.