Xəbərlər

Qərbi Azərbaycan İcmasının kollektivi Zəfər parkında olub, şəhidlərin xatirəsini yad edib
27 sentyabr 2023, 17:10

27 sentyabr 2023-cü il tarixində Qərbi Azərbaycan İcmasının kollektivi Bakıda inşası davam etdirilən Zəfər parkında olublar.

İcma üzvləri parkın girişində xatirə daşının önünə gül dəstələri qoyub, Vətən yolunda canından keçmiş şəhidlərimizin əziz xatirəsini yad ediblər.