Xəbərlər

Qərbi Azərbaycan İcmasının Müşahidə Şurası sədrinin müavini, Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri, professor Kamran Sultan oğlu İmanov “Şərəf” ordeni ilə təltif edilib
04 noyabr 2026, 21:57

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı Sərəncama əsasən, Qərbi Azərbaycan İcmasının Müşahidə Şurası sədrinin müavini, Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri, professor Kamran Sultan oğlu İmanov Azərbaycan Respublikasında dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətinə və əqli mülkiyyət hüquqları sahəsinin inkişafında böyük xidmətlərinə görə “Şərəf” ordeni ilə təltif edilib.

Qərbi Azərbaycan İcması Kamran İmanovun ölkənin ali dövlət mükafatlarından biri olan “Şərəf” ordeninə layiq görülməsini onun dövlət qulluğunda uzun illər ərzində nümayiş etdirdiyi yüksək peşəkarlığın, dövlətçilik prinsiplərinə sədaqətinin, əqli mülkiyyət hüquqlarının formalaşdırılması, inkişafı və qorunması istiqamətində gördüyü mühüm işlərin dövlət səviyyəsində təqdir olunmasının bariz nümunəsi kimi qiymətləndirir.

İcma bu yüksək təltif münasibətilə Kamran İmanovu səmimi-qəlbdən təbrik edir, ona möhkəm cansağlığı, uzun ömür və ölkəmizin inkişafı naminə çoxşaxəli fəaliyyətində yeni uğurlar arzulayır.