Xəbərlər

Qərbi Azərbaycan İcmasının nümayəndələri Ulu Öndərin məzarını ziyarət ediblər
12 dekabr 2023, 17:44

Qərbi Azərbaycan İcmasının rəhbər heyəti və İcma üzvləri 12 dekabr müstəqil Azərbaycan dövlətinin qurucusu və xalqımızın Ümummilli Lideri Heydər Əliyevin Anım günü ilə əlaqədar Fəxri xiyabana gəliblər. İcma nümayəndələri Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, abidəsi önünə gül dəstələri düzüblər.