Xəbərlər

Qərbi Azərbaycan İcmasının nümayəndəsi BMT-nin İnsan Hüquqları Şurasının 57-ci sessiyasında iştirak edir
18 sentyabr 2024, 20:05

İsveçrə Konfederasiyasının Cenevrə şəhərində sentyabrın 9-dan oktyabr ayının 11-dək BMT-nin İnsan Hüquqları Şurasının 57-ci sessiyası keçirilir.

Bu sessiyanın gündəliyində irqçiliyə qarşı mübarizə, yerli xalqların hüquqları, iqlim dəyişikliyinin təsirləri və digər məsələlər dayanır. Sessiyaya BMT-nin üzv dövlətləri və bir sıra beynəlxalq təşkilatlar ilə yanaşı vətəndaş cəmiyyətinin nümayəndələri də qatılıblar.

Qərbi Azərbaycan İcmasının İctimaiyyətlə Əlaqələr və Qərbi Azərbaycan Televiziyası şöbəsinin müdiri – Mətbuat katibi Ülviyyə Zülfiqar, vətəndaş cəmiyyətinin nümayəndəsi qismində sözügedən sessiyanın işində iştirak edir.