16 fevral 2026, 14:20
12 fevral 2026-cı il tarixində Qərbi Azərbaycan İcmasının Quba rayon nümayəndəliyində maarifləndirici görüş keçirilib. Tədbirdə Quba şəhər 7 saylı tam orta məktəbin müəllim və şagird kollektivi iştirak edib.
Görüş zamanı nümayəndəliyin fəaliyyəti barədə ətraflı məlumat verilib. Şagirdlərə Qərbi Azərbaycanın tarixi torpaqları, soydaşlarımızın deportasiya tarixi, mədəni irsimiz və doğma yurdlarımıza qayıdış ideologiyası haqqında geniş izah təqdim olunub. Çıxışlarda Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qərbi Azərbaycanla bağlı mövqeyi xüsusi vurğulanıb.
Tədbir çərçivəsində şagirdlərlə interaktiv müzakirələr aparılıb, onları maraqlandıran suallar cavablandırılıb. Qeyd olunub ki, bu cür görüşlərin əsas məqsədi gənc nəslin tarixi həqiqətlər barədə düzgün məlumatlandırılması və milli yaddaşın qorunmasıdır.
Görüşdə İcmanın Quba nümayəndəliyinin əməkdaşı, şair Ramiz Qusarçaylı da iştirak edib. O, çıxışında Qərbi Azərbaycan həqiqətlərinin təbliği, tarixi yaddaşın qorunması və milli-mənəvi dəyərlərin gələcək nəsillərə çatdırılmasının əhəmiyyətindən danışıb.
Sonda qonaqlar nümayəndəliyin gənc nəslin milli ruhda formalaşması istiqamətində gördüyü işləri yüksək qiymətləndirərək, belə görüşlərin davamlı keçirilməsinin vacibliyini vurğulayıblar.

