Xəbərlər

Qərbi Azərbaycan İcmasının rəhbərliyi 15 iyun Qurtuluş Günü münasibətilə Fəxri Xiyabanda Ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib
15 iyun 2024, 11:35

Qərbi Azərbaycan İcmasının rəhbərliyi və icma üzvləri 15 iyun Qurtuluş Günü münasibətilə Fəxri Xiyabanda Ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib. İcma üzvləri Ümummilli liderin abidəsi önünə tər güllər düzüblər.

Daha sonra görkəmli oftalmoloq, akademik Zərifə Xanım Əliyevanın da məzarı ziyarət edilib, xatirəsi ehtiramla yad edilib.