Xəbərlər

Qərbi Azərbaycan İcmasının rəhbərliyi “Ana harayı” abidəsini ziyarət edib
26 fevral 2025, 14:32

Qərbi Azərbaycan İcmasının rəhbərliyi və İcma üzvləri Xocalı soyqırımının 33-cü ildönümü ilə əlaqədar 2025-ci il fevralın 26-da “Ana harayı” abidəsini ziyarət ediblər.

İcma nümayəndələri abidənin önünə gül dəstələri düzərək, soyqırım qurbanlarının əziz xatirələrini ehtiramla anıblar.