Xəbərlər

Qərbi Azərbaycan İcmasının rəhbərliyi və İcma üzvləri “Türk şəhidliyi” abidəsini ziyarət edib
15 sentyabr 2025, 21:24

Qərbi Azərbaycan İcmasının rəhbərliyi və İcma üzvləri sentyabrın 15-də Şəhidlər xiyabanına gələrək, 1918-ci ildə Bakının azad edilməsi uğrunda döyüşlərdə həlak olmuş şəhid türk əsgərlərinin xatirəsinə ucaldılmış “Türk şəhidliyi” abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.

Xatırladaq ki, 1918-ci ilin bu günü Qafqaz İslam Ordusunun həyata keçirdiyi xilaskarlıq missiyası nəticəsində Bakı daşnak-bolşevik işğalından azad edilib. Buna görə də 15 sentyabr tarixi Azərbaycan və Türkiyə dövlətləri üçün mühüm hadisə olaraq xatırlanır, hər iki ölkənin tarixində önəmli yerlərdən birini tutur.