Xəbərlər

Qərbi Azərbaycan İcmasının rəhbərliyi və İcma üzvləri Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ilə əlaqədar Fəxri xiyabanda Ulu Öndərin məzarını ziyarət edib
10 may 2024, 18:44

Qərbi Azərbaycan İcmasının rəhbərliyi və İcma üzvləri Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ilə əlaqədar Fəxri xiyabanda Ulu Öndərin məzarını ziyarət edib. İcma nümayəndələri müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli, dahi siyasi xadim Heydər Əliyevin xatirəsini ehtiramla anıb, məzarı önünə gül dəstələri düzüblər.