Qərbi Azərbaycan İcmasının rəhbərliyi və İcma üzvləri Ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar Fəxri xiyabanda Ulu Öndərin məzarını ziyarət edib

Mayın 10-da Qərbi Azərbaycan İcmasının rəhbərliyi və İcma üzvləri, müstəqil Azərbaycanın qurucusu, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə Fəxri xiyabanda Ulu Öndərin məzarını ziyarət ediblər.
Ümummilli Liderin məzarı üzərinə gül dəstələri qoyulub, əziz xatirəsi dərin hörmət və ehtiramla anılıb.
Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın, görkəmli və ictimai xadim Əziz Əliyev, istedadlı həkim Tamerlan Əliyevin məzarları üzərinə də tər çiçəklər qoyulub.