Qərbi Azərbaycan İcmasının rəhbərliyi və üzvləri "Ana harayı" abidəsini ziyarət ediblər

Qərbi Azərbaycan İcmasının rəhbərliyi və İcma üzvləri Xocalı faciəsinin 32-ci ildönümü ilə əlaqədar 2024-cü il fevralın 26-da “Ana harayı” abidəsini ziyarət ediblər.
İcma nümayəndələri abidənin önünə gül dəstələri düzərək, faciə qurbanlarının əziz xatirələrini ehtiramla anıblar.