Qərbi Azərbaycan İcmasının Səbail rayon nümayəndəliyinin yeni ofisinə baxış keçirilib
22 oktyabr 2026, 22:56
22 oktyabr 2026-cı il tarixində Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli və İcmanın Aparatının əməkdaşları Səbail rayon nümayəndəliyinin yeni ofisində olublar.
Ofisdə yaradılan şəraitə baxış keçirildikdən sonra nümayəndəliyin qarşısında duran vəzifələr, gələcək fəaliyyət istiqamətləri və nəzərdə tutulan tədbirlər müzakirə edilib.
Görüşdə ictimaiyyətlə əlaqələrin genişləndirilməsi və maarifləndirmə işinin təşkili məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Nümayəndəliyin yeni ofisinin fəaliyyətə başlaması ilə əlaqədar qarşıda duran əsas vəzifələr müəyyənləşdirilib, gələcək fəaliyyətin təşkili ilə bağlı müvafiq məsələlər nəzərdən keçirilib.








