Xəbərlər

Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə mini futbol üzrə Qərbi Azərbaycan Kuboku keçiriləcəkdir
23 iyun 2024, 15:28

26 iyun - 06 iyul tarixlərində Qərbi Azərbaycana qayıdış ətrafında icma üzvlərinin sıx birləşməsi, gənclər arasında kommunikasiyanın möhkəmləndirilməsi, eyni zamanda sağlam həyat tərzinin təbliği, icmanın fəaliyyətində kütləviliyin artırılması və sağlam cəmiyyətin formalaşdırılmasına dəstək məqsədilə rayon icmalarının təşəbbüsü və Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə mini futbol üzrə Qərbi Azərbaycan Kuboku keçiriləcəkdir.

Mini futbol turnirində Qərbi Azərbaycanın rayon İcmalarını təmsil edən gənclərdən ibarət 20 komanda iştirak edəcəkdir.

26 iyun 2024-cü il tarixində saat 14:00-da Bakı Tennis Akademiyasının İdman Kompleksində turnirin açılış mərasimi keçiriləcəkdir.