Xəbərlər

Qərbi Azərbaycan İcmasının üzvləri Anım Günü ilə əlaqədar Zəfər parkını ziyarət ediblər
27 sentyabr 2025, 20:31

27 sentyabr – Anım Günü münasibətilə Qərbi Azərbaycan İcmasının üzvləri Bakıda yerləşən Zəfər parkını ziyarət ediblər. İcma nümayəndələri Vətən müharibəsi şəhidlərinin müqəddəs xatirəsini yad edən izdihamla birgə böyük Zəfərə həsr olunmuş abidənin önünə güllər düzüblər.