“Qərbi Azərbaycan: Tarixin izi ilə” layihəsi çərçivəsində növbəti məlumatlandırıcı sessiyası keçiriləcək
17 oktyabr 2025, 17:08
Qərbi Azərbaycan İcması (QAİ), Bakı Dövlət Universiteti (BDU) və “Regional İnkişaf” İctimai Birliyinin (RİİB) birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycan: Tarixin izi ilə” layihəsi çərçivəsində növbəti məlumatlandırıcı sessiya oktyabrın 22-də Bakı Dövlət Universitetində keçiriləcək.
Görüşdə gənclərə Qərbi Azərbaycanın tarixi, coğrafiyası, görkəmli şəxsiyyətləri və QAİ-nin fəaliyyəti barədə geniş məlumat veriləcək.