Görüşlər

“Qərbi Azərbaycanın Gənc Səfirləri”nin növbəti görüşü həyata keçirilib
28 dekabr 2024, 22:29

Gənc səfirlər bu dəfə Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədr müavini, Milli Məclisin deputatı Qaya Məmmədovla bir araya gəlib.

Görüşdə Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədr müavini, Milli Məclisin deputatı Qaya Məmmədov gənc səfirləri Qərbi Azərbaycana qayıdışın hüquqi çərçivəsi o cümlədən beynəlxalq normalar və prinsiplər barədə məlumatlandırıb.

Gənc səfirlər, Qaya Məmmədov ilə “Qayıdışın Hüquqi Əsasları: Beynəlxalq hüquq və Azərbaycan perspektivləri” mövzusunda müzakirələr aparıblar.

Sonra onları maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək ki, layihə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi, Dünya Azərbaycanlıları Gənclər Təşkilatının təşkilatçılığı, Qərbi Azərbaycan İcması və Gənclərin İnkişaf və Karyera Mərkəzinin tərəfdaşlığı ilə keçirilir.