Xəbərlər

Qərbi Azərbaycanın Paşalı rayonunun Cul kəndindən olan icma üzvləri ilə görüş keçirilib
23 fevral 2026, 20:55

22 fevral 2026-cı il tarixində Qərbi Azərbaycan İcmasının Salyan rayon nümayəndəliyi tərəfindən rayonun Xalac kəndində yaşayan, əslən Qərbi Azərbaycanın Paşalı rayonunun Cul kəndindən olan icma üzvləri ilə görüş keçirilib.

Görüşdə Qərbi Azərbaycan İcmasının Aparatının şöbə müdiri Faiq Kərimov, QAİ-nin Paşalı rayonunun Cul kənd icmasının sədri İlkin Təhməzov, Salyan Rayon İcra Hakimiyyətinin sektor müdiri Məhərrəm Məmmədov iştirak ediblər.

Tədbirdə Qərbi Azərbaycan İcmasının Salyan rayon nümayəndəsi Kərəm Muradov “Qərbi Azərbaycan qədim Azərbaycan torpağıdır” mövzusunda məruzə ilə çıxış edib.

Məruzə ətrafında İcmanın şöbə müdiri Faiq Kərimov, Cul kənd icmasının sədri İlkin Təhməzov, Xalac kəndində uzun illər riyaziyyat müəllimi işləmiş təqaüdçü, “Tərəqqi” medallı Zabit Orucov, şəhid atası Yenişar Qaraxanov, kənd sakini, təqaüdçü Məmməd Əmirəliyev, mədəniyyət işçisi Saleh Mehdiyev, eləcə də Salyan Rayon İcra Hakimiyyətinin sektor müdiri Məhərrəm Məmmədov və digərləri çıxış edərək mövzu ilə bağlı fikirlərini bölüşüblər.

Daha sonra Kərəm Muradov 2025-ci ilin yekunları və 2026-cı ildə qarşıda duran vəzifələr barədə ətraflı məlumat verib.

Tədbirin sonunda İcmanın yeni üzvlərinə üzvlük vəsiqələri təqdim edilib.