16 yanvar 2026, 14:35
Naftalan şəhərində “Qərbi Azərbaycanlıların qayıdış haqqı beynəlxalq hüququn tələbidir” mövzusunda tədbir keçirilib.
Tədbir Naftalan Şəhər İcra Hakimiyyəti və Qərbi Azərbaycan İcmasının Naftalan şəhər nümayəndəliyinin birgə təşkilatçılığı ilə baş tutub.
Tədbirdə Naftalan ŞİH başçısının müavini Kəmalə Hüseynova, Qərbi Azərbaycan İcmasının Naftalan şəhəri üzrə nümayəndəsi Nicat Ələsgərov və Naftalan şəhərində yaşayan qərbi azərbaycanlılar iştirak ediblər.
Kəmalə Hüseynova bildirib ki, Qərbi Azərbaycan məsələsi ilk dəfə Ulu Öndər Heydər Əliyev tərəfindən siyasi protokola daxil edilib, hazırda isə Prezident İlham Əliyevin qətiyyətli siyasəti nəticəsində dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilib.
Nicat Ələsgərov məruzəsində qeyd edib ki, son bir il ərzində dövlət başçısı yerli və beynəlxalq platformalarda dəfələrlə Qərbi Azərbaycana qayıdış məsələsini gündəmə gətirərək bu mövzunun beynəlxalq diqqətdə saxlanılmasına nail olub.
Tədbirdə çıxış edən digər iştirakçılar da qərbi azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə ata-baba yurdlarına qayıdış hüququnun təmin edilməsinin davamlı sülh və ədalətin bərqərar olması baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıblar.
Sonda bir sıra icma üzvlərinə üzvlük vəsiqələri və döş nişanları təqdim olunub, xatirə şəkli çəkdirilib.


