15 iyul 2025, 15:30
15 iyul 2025-ci il tarixində Qobustan Rayon İcra Hakimiyyəti və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli və tədqiqatçı-alim Səbuhi Hüseynovun müəllifliyi ilə hazırlanmış Qobustan Rayon Gənclər Evinin akt zalında “Qərbi Azərbaycan İrsi” kitabının I cildinin təqdimat mərasimi keçirilmişdir.
Mərasimdə Qobustan Rayon İcra Hakimiyyəti başçısının müavini – Sosial- iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Məharət Əkbərov, Qobustan Rayon İcra Hakimiyyəti başçısının müavini – İctimai - siyasi və humanitar məsələlər şöbəsinin müdiri Təranə Güləliyeva, Qərbi Azərbaycan İcmasının Ziyalılar şurasının üzvü, Paşalı rayon icmasının sədri, Aqrar elmləri üzrə fəlsəfə doktoru, dosent Faiq Xudayev, rayon Ağsaqqallar şurasının sədri Şıxbala Bayramov, Qobustan RİH – nin əməkdaşları, rayon ağsaqqalları, idarə və müəssisələrin rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişdir.
Mərasim Azərbaycan Respublikasının Dövlət himninin səslənməsi ilə açıq elan edilmişdir. Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canından keçən qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Daha sonra mərasimdə “Qərbi Azərbaycan İrsi” tədqiqatlar seriyası adlı videoçarx nümayiş etdirildi.
Sonda Qobustan Rayon İcra Hakimiyyəti başçısının müavini - Sosial - iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Məharət Əkbərov, Qərbi Azərbaycan İcmasının Ziyalılar şurasının üzvü, Paşalı rayon icmasının sədri, Aqrar elmləri üzrə fəlsəfə doktoru, dosent Faiq Xudayev, rayon Ağsaqqallar şurasının sədri Şıxbala Bayramov və Əməkdar müəllim, rayon ağsaqqalı İmran Sabirov çıxış edərək Qərbi Azərbaycanda yaşayan soydaşlarımıza qarşı ermənilər tərəfindən yalnız etnik təmizləmə siyasətinin həyata keçirilmədiyini, eyni zamanda, soydaşlarımıza məxsus maddi-mədəni irs nümunələrinin, qəbiristanlıqların, məscidlərin, pirlərin, türbələrin yer üzündən tamamilə silinməsinə yönəlmiş vandalizm aktları törədildiyindən geniş söhbət açıblar.
Çıxış edənlər həmçinin müasir elmi yanaşmalar və yeni fundamental araşdırmalar əsasında çap olunmuş “Qərbi Azərbaycan İrsi” kitabının I cildinin nəşr olunmasının əhəmiyyətindən söhbət açaraq, kitabda qeyd olunan təkzibedilməz faktların tarixi əhəmiyyətli elmi-tədqiqat materialı və hüquqi baxımdan ciddi bir sənəd olmasını vurğulayıblar.








