Suxumi Dövlət Universitetinin professoru, politoloq, tarixçi Quram Marxuliya ilə görüş olub
05 dekabr 2024, 14:57
5-6 dekabr 2024-cü ildə Bakıda keçirilən Qərbi Azərbaycan İcmasının “Qayıdış hüququ; Ermənistandan zorla çıxarılmış azərbaycanlılar üçün ədalətin təmin edilməsi” mövzusunda ikinci beynəlxalq konfransı çərçivəsində Qərbi Azərbaycan İcması Ziyalılar Şurasının sədri Elxan Hüseynov Suxumi Dövlət Universitetinin professoru, politoloq, tarixçi Quram Marxuliya ilə görüşüb.
Şura sədri tarixçiyə ötən əsr boyunca mərhələlərlə Qərbi Azərbaycandan deportasiya edilən soydaşlarımızın üzləşdiyi faciələr barədə danışıb.
Quram Marxuliya tarixin bu utancverici səhifəsinin daha geniş şəkildə təqdim olunmalı olduğunu, Ermənistan tərəfindən üzərinin örtülməsinin yolverilməz olduğunu bildirib.