Tarixin arxivinə gömülmüş qanunsuz rejimin tör-töküntülərinin Azərbaycana qarşı bir sıra gülünc açıqlamaları ilə əlaqədar bəyanat
02 iyul 2024, 08:57
Tarixin arxivinə gömülmüş qanunsuz rejimin tör-töküntüləri son günlər Ermənistanda Azərbaycana qarşı bir sıra gülünc açıqlamalar verir.
Hesab edirik ki, Ermənistanın öz ərazisində belə təxribatçı ünsürlərin Azərbaycanın suverenliyini, ərazi bütövlüyünü təhdid edən fəaliyyətinə göz yumması onun Azərbaycanla sülh sazişi imzalaması istəyinin səmimiliyini sual altına salır.
Ermənistan hakimiyyəti, hələ də özlərini qondarma adlar altında təqdim edən “nümayəndələrin” Azərbaycana qarşı fəaliyyətinə imkan yaratmamalıdır.